Şrift:
Ukrayna prezidentinə sui-qəsd planlaşdıran iki diversiya qrupu aşkarlanaraq zərərsizləşdirilib
09.07.2014 [11:13] - Gündəm, Hadisə
Ukraynanın şərqində prezident Petro Poroşenkoya qarşı sui-qəsdin qarşısı alınıb.Bu barədə prezidentin mətbuat katibi Svyatoslav Tseqolko özünün “Facebook” səhifəsində məlumat verib.

S. Tseqolko bildirib ki, iyulun 8-də dövlət başçısının separatçılardan azad edilmiş Slavyansk şəhərinə səfərindən bir qədər əvvəl iki diversiya qrupu aşkarlanaraq zərərsizləşdirilib. Mətbuat katibi prezidentin adından aşağıdakı açıqlamanı verib: “Slavyansk şəhərinə gəlişimdən 40 dəqiqə əvvəl terror aktı planlaşdırılan iki diversiya qrupu aşkarlanıb. Onların hamısı saxlanılıb”.

Hələlik əməliyyatın detalları haqda əlavə məlumat verilmir.

Xatırladaq ki, P. Poroşenko iyulun 8-də Slavyansk şəhərinə gedib və yerli sakinlər, eləcə də hərbçilərlə görüşüb.
Bu xəbər oxucular tərəfindən 645 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed