Şrift:
Ermənilər elə ilk mərhələdə ələndi
11.07.2014 [12:36] - İdman
UEFA Çempionlar Liqasında və Avropa Liqasında ilk mərhələ arxada qaldı. “Media forum” saytı bildirir ki, 54 UEFA üzvündən 3-nün bütün təmsilçiləri Avropa klub turnirlərindən ələnib. Ermənistan 4 təmsilçisinin 4-dən də məhrum olub. San Marino və Cəbəllütariq də təmsilçisiz qalıblar. San Marino Avropa klub turnirlərinə 3, Cəbəllütariq 2 vəsiqə almışdı.

Azərbaycan 4 təmsilçisindən 1-ni (“Qəbələ”) itirib. Daha 17 UEFA üzvünün itkiləri var. Bunlar Sloveniya (1 itki), Gürcüstan (1), Finlandiya (2), Moldova (1), Litva (2), Latviya (3), İslandiya (1), Monteneqro (2), Makedoniya (2), Albaniya (1), Malta (3), Lüksemburq (3), Şimali İrlandiya ( 3), Uels (3), Estoniya (1), Farer adaları (2), Andorradır (2).
Bu xəbər oxucular tərəfindən 705 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed