Şrift:
21 gənc alimə qrant verildi
11.07.2014 [12:47] - Xəbərlər, Sosial
Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti gənc alimlər üçün Respublika Günü münasibətilə elan etdiyi qrant müsabiqəsinin qaliblərini mükafatlandırıb. Son 3 ildəki elmi nəticələrini təqdim etmiş 37 gənc alimdən 21 nəfər üç kateqoriya üzrə mükafat alıb. I yer 2500, II yer 2000 və III yer 1500 manat pul mükafatına layiq görülüb.

Qrant müsabiqəsi Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) maliyyə dəstəyi ilə təşkil olunub. Müsabiqəyə təqdim edilmiş elmi nəticələrin ekspertizası və qiymətləndirilməsi AMEA-nın prezidenti akademik Akif Əlizadənin sərəncamı ilə yaradılmış müvafiq komissiyada həyata keçirilib.

Xəbəri AMEA Rəyasət Heyəti Mərkəzi Aparatının ictimaiyyətlə əlaqələr şöbəsi iyulun 10-da yayıb.
Bu xəbər oxucular tərəfindən 689 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed