Şrift:
Estoniyanın Azərbaycanda ilk iqtisadi səfiri təyin olunub
12.07.2014 [09:08] - Xəbərlər, İqtisadiyyat
Azərbaycan-Estoniya Ticarət Palatasının sədri Yana Krimpe Estoniyanın Azərbaycanda ilk iqtisadi səfiri vəzifəsinə təyin olunub.
iqtisadi səfir vəzifəsi Estoniyanın ixrac və investisiya üzrə dövlət agentiyi olan Sahibkarlığın İnkişafına Dəstək Fondu (EAS) tərəfindən təsis edilib.
Xanım Y.Krimpenin sözlərinə görə, onun üçün iki ölkə arasında münasibətlərin inkişafı olduqca vacibdir: "Mən artıq 8 ildir Azərbaycanda yaşayır və sahibkarlıqla məşğul oluram və əminəm ki, Estoniya müəssisələrinin Azərbaycana təklifləri var. Buna görə də mən Estoniyanın Sahibkarlığın İnkişafına Dəstək Fondunun ideyasına qoşuldum. Mən Estoniya şirkətlərinin Azərbaycan bazarına çıxması üçün zəruri olan məlumatları verməyə və kömək etməyə hazıram".
Bu xəbər oxucular tərəfindən 866 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed