Şrift:
Azərbaycan prezidenti Bakı şəhərində yenidənqurma və abadlıq işlərinin davam etdirilməsinə 10 milyon manat ayırıb
16.12.2011 [19:32] - Köşə yazarları
Azərbaycan prezidenti İlham Əliyev Bakı şəhərində yenidənqurma və abadlıq işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Bakı şəhərində aparılan yenidənqurma və abadlıq işlərinin davam etdirilməsi üçün Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Bakı Şəhər İcra Hakimiyyətinə 10,0 (on) milyon manat vəsait ayrılıb.
Maliyyə Nazirliyinə sərəncamda nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.
Bu xəbər oxucular tərəfindən 642 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed