Şrift:
Sankt-Peterburq aeroportunda oğurlanmış azərbaycanlı iş adamının 1,5 mln. dollarını əlindən alıblar
16.07.2014 [12:09] - Gündəm, Hadisə
Rusiyada azərbaycanlı iş adamı və onun mühafizəçiləri naməlum şəxslər tərəfindən qaçırılıb.

Rusiya mətbuatının verdiyi məlumata görə, hadisə iyulun 15-də “Pulkovo” aeroportunda baş verib.

Məlum olub ki, xüsusi təyinatlıların geyimində olan 6 nəfər azərbaycanlı biznesmenin olduğu avtomobilə yaxınlaşıblar və orada əyləşən şəxslərin əllərinə qandal vururaraq naməlum istiqamətə aparıblar.

Bir müddət sonra quldurlar azərbaycanlı iş adamını və onun mühafizəçilərini Volxonsk şossesində maşından düşürüblər. Onların üzərində olan mobil telefonları və 1,5 milyon dolları isə özləri ilə aparıblar.

Rusiya mətbuatının yazdığına göpə, azərbaycanlı biznesmen Sankt-Peterburqa Dubaydan gəlib. O, burada özünə ev almaq istəyirmiş.
Bu xəbər oxucular tərəfindən 736 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed