Şrift:
Azərbaycan tank əleyhinə raket komplekslərinin birgə istehsalına dair Ukrayna ilə danışıqlar aparır
17.12.2011 [12:48] - Hərb
Azərbaycan Müdafiə Sənayesi Nazirliyi tank əleyhinə raket komplekslərinin birgə istehsalına dair Ukraynanın “Luç” Korporasiyası ilə danışıqlar aparır.

Bu barədə müdafiə sənayesi naziri Yavər Camalov bildirib. Nazir deyib ki, hazırda bu korporasiya ilə “Skif” və “Baryer” tipli raket buraxılış qurğularının Azərbaycana gətirilməsi məsələsi müzakirə olunur.

Y. Camalov hazırda Azərbaycan Ordusunda keçmiş sovet istehsalı olan hərbi texnikaların modernləşməsinin aparıldığının qeyd edib: “Modernləşmədən sonra bu raket buraxılış qurğuları həmin texnikaların üzərində qurulacaq”.
Bu xəbər oxucular tərəfindən 1373 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed