Şrift:
Azərbaycan Yazıçılar Birliyinin katibi Arif Əmrahoğlu vəfat edib
19.07.2014 [12:00] - Gündəm, Hadisə
Azərbaycan Yazıçılar Birliyinin (AYB) katibi Arif Əmrahoğlu vəfat edib.

Azərbaycan Yazıçılar Birliyinin mətbuat xidmətinin rəhbəri Xəyal Rza məlumat verib.

O qeyd edib ki, A. Əmrahoğlu bu gün səhər müalicə aldığı Milli Onkologiya Mərkəzində vəfat edib. A. Əmrahoğlunun ölümünə mədə xərçəngi səbəb olub.

Qeyd edək ki, Arif Əmrahoğlu 2004-cü ildən Azərbaycan Yazıçılar Birliyinin katibidir. O, “Nəsrin poetikası”, “Sözə inam sabahımızdır”, “Epik sözün bədii gücü” və s. kitabların müəllifidir. Ədəbiyyatşünas alim A. P. Çexovun Azərbaycan dilində nəşr olunan üçcildlik “Seçilmiş əsərləri”nin, Moskvada rus dilində nəşr olunan M.F. Axundovun “Seçilmiş əsərləri”nin tərtibçisidir. A. Əmrahoğlu uzun illər Bakı Dövlət Universitetində pedaqoji fəaliyyətlə məşğul olub.
Bu xəbər oxucular tərəfindən 845 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed