Şrift:
Azərbaycan MSN silahlı qüvvələrə əlavə olaraq 60 ədəd «Matador» və «Marauder» tipli zirehli transportyor təhvil verəcək
17.12.2011 [14:24] - Hərb
Azərbaycan Müdafiə Sənayesi Nazirliyi (MSN) Müdafiə Nazirliyi tərəfindən bu il əlavə olaraq sifariş verilmiş 60 ədəd «Matador» və «Marauder» tipli minaya qarşı qorumalı nəqliyyat vasitəsini istehsal edərək silahlı qüvvələrə təhvil verməyi planlaşdırır.

Müdafiə sənayesi naziri Yavər Camalov bildirib ki, hazırda nazirliyin müvafiq müəssisəsi Cənubi Afrika Respublikasının «Paramount Group» şirkəti ilə birgə bu layihə üzərində iş aparır.

«Çalışırıq ki tezliklə bu texnikaları istehsal edib sifarişçiyə çatdıraq», - deyə nazir vurğulayıb.

«Paramount Group» şirkətinin son texnologiyası olan «Mbombe» sinifli minaya qarşı qorumalı döyüş maşının birgə istehsalı ilə bağlı danışıqlara gəlincə, Y. Camalov bildirib ki, bu məsələyə baxılır: «Bu maşın üzərində işlər hələ davam edir. Yəqin ki, 2012-ci ildə həmin maşının Bakıda sifarişçi qurumlara təqdimatını keçirib, ondan sonra qərar qəbul edəcəyik».

Qeyd edək ki, “Paramount Group” şirkəti bu il fevralın 20-24-də Birləşmiş Ərəb Əmirliklərinin Abu-Dabi şəhərində keçirilən İDEX-2011 hərbi sərgisində Azərbaycanın hərbi qurumlarının nümayəndə heyəti üçün “Mbombe” döyüş maşınının təqdimatını keçirib.

“Mbombe” ənənəvi V gövdəli minaya davamlı döyüş maşınlarından fərqli olaraq davamlı düz korpusa malikdir. Mühafizəsi analoqlarından daha yüksəkdir.
Bu xəbər oxucular tərəfindən 2064 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed