Şrift:
ABŞ İranın dondurulmuş aktivlərindən 2,8 mlrd dolları Tehrana qaytaracaq
19.07.2014 [12:08] - Güney Azərbaycan xəbərləri, Siyasət
ABŞ dövlət katibi Con Kerri bəyan edib ki, ABŞ “altılıq” və İran arasında nüvə danışıqları dövründə İranın dondurulmuş aktivlərindən 2,8 mlrd dolları Tehrana qaytarmağa qərar verib.

“RİA Novosti”in verdiyi xəbərə görə, bundan əvvəl İran və “altılıq” ölkələri Tehranın nüvə proqramının təhlükəsizliyinin təminatına dair sazişin hazırlanması müddətini noyabrın 24-dək uzadılmasına dair razılıq əldə ediblər.

Kerri qeyd edib ki, İranın dondurulmuş aktivlərinin geri qaytarılması prosesi Tehranın 20% zənginləşdirilmiş uran ehtiyatının aradan qaldırması müqabilində həyata keçirilir.
Bu xəbər oxucular tərəfindən 588 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed