Şrift:
Barak Obama: Rusiya separatçılara dəstəyinə son qoymazsa ABŞ ona qarşı sanksiyaları daha da artıracaq
19.07.2014 [12:13] - Gündəm, Siyasət
Rusiya Ukraynanın şərqində separatçılara dəstəyinə son qoymazsa ABŞ ona qarşı sanksiyaları daha da gücləndirəcək.

“UNN” un verdiyi xəbərə görə, bu barədə ABŞ prezidenti Barak Obama ötən gün Ukraynadakı son hadisələrlə bağlı müraciətində qeyd edib.

“Əgər Rusiya separatçıları dəstəkləyəcəksə, bizdə sanksiyaları və digər təsir rıçaqlarını artırmaq imkanı var. Biz bunu Rusiyaya zərər yetirmək məqsədilə yox, Ukraynanın ərazi bütövlüyünü naminə etməli olacağıq”, deyə Obama vurğulayıb.
Bu xəbər oxucular tərəfindən 657 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed