Şrift:
Azərbaycan 2011-ci ildə 18 milyon dollar dəyərində hərbi məhsul ixrac edib
17.12.2011 [14:27] - Hərb
Azərbaycan Müdafiə Sənayesi Nazirliyi (MSN) 2011-ci ildə 18 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib.

Bu barədə müdafiə sənayesi naziri Yavər Camalov bildirib.

Y. Camalovun sözlərinə görə, qarşıdakı illərdə ixracatın həcminin artımı proqnozlaşdırılır.

«Nazirlik 2009-cu ildən beynəlxalq sərgilərdə iştirak edir. Bu da potensialımızın tanıdılması, eləcə də ixrac istiqamətində mühüm imkanlar yaradır», - deyə nazir vurğulayıb.

Y. Camalov onu da əlavə edib ki, hazırda nazirliyin müəssisələrində sınaq mərkəzləri də fəaliyyət göstərir. Artıq sifarişçi qurumlar burada istədikləri məhsulun testlərini keçirib, müvafiq qərarlar verə bilər.

Qeyd edək ki, MSN-in 2010-cu ildə xaricə ixracatı 13 mln. ABŞ dolları təşkil edib.
Bu xəbər oxucular tərəfindən 609 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed