Şrift:
Türkiyədə 17 dekabr Rüşvət əməliyyatını gerçəkləşdirən polislərə qarşı əməliyyat keçirilib
22.07.2014 [13:45] - Hadisə, Türk dünyası-Turan
Bu gecə Türkiyə polisi mərkəzi İstanbul olan 22 qəsəbədə əməliyyat keçirib.

Türkiyə mətbuatının xəbərinə görə, 200-ə yaxın ünvanda aparılan axtarışların hədəfi ötən il dekabrın 17-də həyata keçirilən “Rüşvət əməliyyatı”nı gerçəkləşdirən polislər olub.

Əməliyyat nəticəsində 34 polis əməkdaşı saxlanılıb. Hətta onlardan biri uniformada olub. Saxlanılanlar arasında İstanbul Terrorla Mücadilə Müdiri Ömər Kösə, İstanbul TEM-in sabiq şöbə müdiri Yurt Atayün də var.
Bu xəbər oxucular tərəfindən 639 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed