Şrift:
İrəvan xalçaları rusiyanın elmi nəşrində ilk dəfə işıqlandırılıb
22.07.2014 [14:12] - Gündəm, Mədəniyyət, Qərbi Azərbaycan-İrəvan
Rusiyanın nüfuzlu elmi nəşrlərindən biri olan "Müasir elmi fikir" ("Современная научная мысль") jurnalının Tarix bölməsində Azərbaycanın əməkdar incəsənət xadimi, professor Vidadi Muradovun "Azərbaycan xalçalarının İrəvan qrupu" (Эриванская группа азербайджанских ковров) adlı məqaləsi nəşr olunub.

“Azər-ilmə” MMC-dən APA-ya verilən məlumata görə, bu, Rusiya elmi nəşrlərində Azərbaycan xalçalarının İrəvan qrupu haqqında verilən ilk obyektiv informasiya, elmi məqalədır.

Professor V.Muradov məqalədə tarixi Azərbaycan torpağı olan İrəvan xanlığının inzibati sərhədləri, əhalisinin etnik tərkibi, məşğuliyyəti, bu bölgədə inkişaf etmiş sənətkarlıq sahələri, o cümlədən xalçaçılıq və boyaqçılıq haqqında geniş məlumat təqdim edib.

Xovlu və xovsuz xalçaları Ağbaba, Şörəyel, Loru, Pəmbək, Şəmşəddin, Göyçə, Gərnibasar, Vedibasar, Qırxbulaq, Əştərək, Zəngəzur, Dərələyəz və s. kimi mahallar, İrəvan şəhəri üzrə təsnifata cəlb etmiş alim, onların təkamülünü tarixi, ədəbi kontekstdə, folklor nümunələri, adət-ənənələr zəminində tədqiqata cəlb edib.

Məqalədə İrəvan xalçalarının digər xalça qruplarına aid nümunələrlə oxşar və fərqli cəhətlərinin geniş şəkildə təhlili, semantik xüsusiyyətlərinin müqayisəsi, naxış-ornamnet sisteminin izlənməsi İrəvanın, bütövlükdə hal-hazırda Ermənistan Respublikası adlanan ərazinin qədim Azərbaycan torpağı olması faktına kultroloji istinad rolunu oynayır.

Jurnalın təsisçisi Rusiya Tarix, iqtisadiyyat və Hüquq elmi tədqiqat İnstitutu, baş redaktoru isə tarix elmləri doktoru, professor İqor Turitsindir.
Bu xəbər oxucular tərəfindən 1079 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed