Şrift:
ARDNŞ-dan Qalatasaray açıqlaması
22.07.2014 [15:49] - İdman
"Başa düşə bilmirəm ki, bu xəbərlər haradan qaynaqlanır"
Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) Türkiyənin “Qalatasaray” klubuna sponsorluq edəcəyi ilə bağlı yayılan xəbərlərə münasibər bildirib.

ARDNŞ-nin mətbuat katibi Nizaməddin Quliyev Türkiyənin “Anadolu” xəbər agentliyinə bildirib ki, ARDNŞ-nin “Qalatasaray”a sponsorluq edəcəyi ilə bağlı yayılan xəbərlərin heç bir əsası yoxdur.

“Başa düşə bilmirəm ki, bu xəbərlər haradan qaynaqlanır. Şirkətimizin gündəmində belə bir şey yoxdur”, deyə Nizaməddin Quliyev bildirib.

Qeyd edək ki, son günlər Türkiyə mətbuatında ARDNŞ-nin “Qalatasaray”a sponsorluq edəcəyi ilə bağlı xəbərlər yayılmışdı. Hətta üzərində ARDNŞ-nin adı yazılmış formaların da şəkilləri mediada yer almışdı.
Bu xəbər oxucular tərəfindən 843 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed