Şrift:
Güney azərbaycanlı fəallar şallaq cəzasına məhkum edilib
25.07.2014 [14:32] - Güney Azərbaycan xəbərləri
İran rejiminin qeyri-müstəqil məhkəmələri azərbaycanlı milli-mədəni fəallara qarşı ədalətsiz qərarlar çıxarmaqda davam edir.
Behzad Süleymanpur və Vəhid Faizpur Urmiyə məhkəməsi tərəfindən 50 zərbə şallaq və 5 milyon rial cərimə ödəməyə məhkum edilib.
Məhkəmə, fəalların 2011-ci il avqust ayında Urmiyə şəhərində Urmu gölü etirazlarında iştirak etdiklərini iddia edib və bu əsasla onları ümumi asayişi pozmaqda ittiham edib.
Qeyd edək ki, adını çəkdiyimiz fəallar Urmu gölü etirazları zamanı və daha bir neçə dəfə mədəni fəaliyyətlərinə görə tutuqlanıb və müxtəlif təzyiqlərə məruz qalıblar.
Bu xəbər oxucular tərəfindən 737 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed