Şrift:
Ermənilərdən Ərdoğana dəstək
26.07.2014 [11:58] - Gündəm, Siyasət
Türkiyədəki ermənilər seçkidə baş nazirə səs verəcək
Türkiyədə yaşayan ermənilər ölkədə avqustun 10-da keçiriləcək prezident seçkilərində baş nazir Rəcəb Tayyib Ərdoğanı dəstəkləyəcək.Bunu İstanbulda nəşr olunan "Jamanak" qəzetinin redaktoru Ara Qoçunyan araşdırmalarının nəticəsi olaraq bildirib.

"Türkiyədə 50-60 min erməni yaşayır. Təbii ki, onların hamısı birmənalı olaraq Ərdoğanı dəstəkləmir. Lakin böyük əksəriyyət baş naziri dəstəkləyir. Çünki son 10 ildə Türkiyədə milli azlıqların hüquqları ilə bağlı (Erməni və kürd açılımı) çox ciddi islahatlar həyata keçirilib. Ərdoğanın siyasəti nəticəsində Türkiyədə demokratiya, söz və ifadə azadlığı tamamilə bərpa olunub. Bunun faydasını erməni icması da gördü. Ona görə də ermənilər prezident seçkilərində baş nazirə səs verəcək", deyə Qoçunyan bildirib.

Qeyd edək ki, gələn ay Türkiyədə prezident seçkiləri keçiriləcək və xalq ilk dəfə öz dövlət başçısını seçəcək.
Bu xəbər oxucular tərəfindən 874 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed