Şrift:
Şamaxı Rəsədxanası Allahşükür Paşazadənin Ramazan fətvasına qarşı
28.07.2014 [17:48] - Gündəm, İslam dini
“İyulun 27-si Ramazan ayının sonuncu günüdür.Sabah oruc tutulacaq. Ayın təzələnməsi sabahdır, yəni iyulun 27-də. Ayın 28-də isə bayram olmalıdır. Bayram namazı da həmin gün qılınmalıdır”.


Bunu virtualaz.org saytına açıqlamasında Şamaxı Rəsədxanasının aparıcı elmi işçisi, fizika-riyaziyyat elmləri üzrə namizəd Nazim Hüseynov dedi.

Rəsədxananın hesablamalarına görə bayramın iyulun 28-nə düşdüyünü deyən N.Hüseynov QMİ-nin belə bir qərar verməsini səbəbini bilmədiyini dedi: “Qafqaz Müsəlmanları İdarəsinin bayram namazını 29-na salmasının səbəbini bilmirəm. Bunu Qafqaz Müsəlmanları İdarəsindən soruşmaq lazımdır”.
Onun sözlərinə görə, Şamaxı Rəsədxanasının verdiyi rəylə bayram günü müəyyən edilir. Lakin QMİ buna əsaslanmayıb.
“Bildiyim qədəri ilə bayram namazı ilə bağlı qərar fətva ilə verildiyindən bizim rəy nəzərə alınmayıb. Bu şəkildə hesablanarsa, orucluq ayı 31 gün olur. Belə olması isə mümkün deyil. Ramazan ayı adətən 29, ya da 30 gün olmalıdır. Ramazan bayramı isə ayın təzələnməsinə görə hesablanır və bu gün də 28-nə düşür. Ancaq niyə belə edirlər, bu ayrı mövzudur”- deyə N.Hüseynov qeyd etdi.
Bu xəbər oxucular tərəfindən 1349 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed