Şrift:
Qəzzanın yenidən bombalanması 30 fələstinlinin həyatına son qoydu
29.07.2014 [12:39] - Gündəm, Siyasət
Bu gecə Qəzzanın İsrail ordusu tərəfindən yenidən əvvəlki şiddətlə bombalanması nəticəsində 30 fələstinli həlak olub. Bu barədə RİA Novosti məlumat verir.
Hələ dünən ordu hücum əməliyyatlarından imtina edəcəyini vəd etsə də, gün ərzində 10 əsgərin ölümü İsrailin siyasi rəhbərliyini və hərbi komandanlığını 3 həftə ərzində mindən artıq dinc sakinin ölümünə səbəb olan əvvəlki metodlara qayıtmağa məcbur edib.
Hərbçilər qeyd edirlər ki, gecə ərzində Qəzza sektorunda 60-a yaxın hədəfə hücum olunub.
Fələstin Səhiyyə Nazirliyinin məlumatına görə, merin evinə endirilən zərbə nəticəsində "əl-Büreyc" qaçqın düşərgəsində ən azı 14 nəfər, yerli "İslam cihadı" briqadasının komandirinin məhv edildiyi Rafahda 12 nəfər, Xan-Yunisdə isə 3 nəfər həlak olub.
Səhiyyə Nazirliyinin son hesablamalarına görə, 3 həftə ərzində Qəzzada gedən döyüşlərdə 1095 nəfər ölüb, 6,5 min nəfər yaralanıb. İsrail tərəfdən isə 56 nəfər ölüb, onlardan 53-ü əsgər və zabitdir.
Gecə hücum olunan obyektlər arasında HƏMAS hərəkatının lideri, sabiq Baş nazir İsmail Xaniyənin evi, Maliyyə Nazirliyinin binası, islamçıların "əl-Əqsa" televiziyasının baş ofisi, boşaldılmış prezident iqamətgahının qarşısındakı məscid də var. Dünən İsrail ordusu şimaldakı Beyt-Hanun, Beyt-Lahiyə və Cəbaliyyə şəhərlərinin, eləcə də paytaxtın şərq hissəsində mülki əhalini evlərini tərk etməyə və anklavın içərilərinə doğru çəkilməyə çağırıb. Gecə Fələstin silahlıları İsrailə 8 raket zərbəsi endiriblər. Ölkənin ikinci böyük şəhəri və 400 min əhalisi olan Təl-Əvivdə isə hava həyəcanı siqnalı və partlayış səsləri eşidilib.
Bu xəbər oxucular tərəfindən 823 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed