Şrift:
İran prezidenti Ermənistana gedəcək
30.07.2014 [12:08] - Güney Azərbaycan xəbərləri, Siyasət
İran İslam Respublikası ilə işğalçı Ermənistanın əlaqələri yeni prezidentin dönəmində də davam etməkdədir. Məlumata görə, İran prezidenti Həsən Ruhani Ermənistana rəsmi səfərə getməyi planlaşdırır.
Bu haqda İranın “Fars” agentliyi İranın Ermənistandakı səfiri Məhəmməd Rəisə istinadən məlumat yayıb. Onun sözlərinə görə, İran prezidenti Ermənistana bölgəsəl və beynəlxalq hadisələrin inkişafını, eləcə də Tehranla Yerevan arasındakı əlaqələrin möhkəmləndirilməsi üçün yeni yollarla bağlı məsələləri müzakirə etməyi planlaşdırır: “Biz bu məsələlərlə məşğuluq. Ancaq prezidentin qrafikinin gərginliyi səbəbindən səfərin dəqiq tarixi müyyənləşdirilməyib. Buna baxmayaraq səfər mütləq olacaq”.
Bu xəbər oxucular tərəfindən 775 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed