Şrift:
Koreya Xalq Demokratik Respublikasının lideri Kim Çen İr vəfat edib
19.12.2011 [12:49] - Gündəm
Koreya Xalq Demokratik Respublikasının (KXDR) lideri Kim Çen İr vəfat edib. Bu barədə KXDR-in dövlət televiziyası xəbər yayıb.

Xəbərdə K. Ç. İrin dekabrın 17-də 69 yaşında dünyasını dəyişdiyi bildirilir. Dövlət televiziyası ilə xəbəri oxuyan qadın diktor qara paltarda olub və məlumatı oxuyarkən ağlayıb. Diktor K. Ç. İrin həddən artıq fiziki və əqli işlə məşğul olması səbəbindən vəfat etdiyini deyib.

Şimali Koreyanın KCNA agentliyi isə diktatorun ürək tutmasından öldüyünü xəbər verib. Məlumata görə, KNDR lideri qatarla səyahət zamanı vəfat edib.

Qeyd edək ki, 2008-ci ildə bəzi KİV K. Ç. İrin insult keçirməsi və ağır vəziyyətdə olması barədə xəbər yaymışdı.

“Reuters” xəbər verir ki, KXDR-də artıq hakimiyyətin K. Ç. İrin üçüncü oğlu – Kim Çon Ina ötürülməsi prosesinə başlanıb. K. Ç. İr onu 2009-cu ildə varis elan edib.

K. Ç. İrin dəfn mərasimi dekabrın 28-də Pxenyanda keçiriləcək.
Bu xəbər oxucular tərəfindən 930 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed