Şrift:
Sarkisyan yenə sərsəmlədi
01.08.2014 [11:18] - Gündəm, Siyasət
Ermənistan prezidenti Serj Sarkisyan Avropa Birliyinin Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə xüsusi nümayəndəsi Herbert Zalberlə görüş keçirib. Modern.az saytı erməni mətbuatına istinadən xəbər verir ki, görüş zamanı S.Sarkisyan ATƏT-in (Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı) Minsk Qrupunun sülhyaratma missiyasına da toxunaraq, həmsədrlərin son təkliflərinin Dağlıq Qarabağ münaqişəsinin həlli üçün əsas ola biləcəyini vurğulayıb.
“Son 20 il ərzində Minsk qrupu kifayət qədər təcrübə və instusional yaddaş toplayıb. Onların son təklif etdikləri prinsiplər münaqişənin həlli üçün əsas ola bilər”.

S.Sarkisyan həmişəki kimi qərəz nümayiş etdirirək, Qarabağ münaqişəsindəki mövqeyinə görə Azərbaycanı suçlayıb.

“Azərbaycan bu prinsipləri qəbul etmir, lakin rəsmi açıqlamalarda əksini bildirir. Bu səbəbdən də cəbhə xəttində gərginlik yaradaraq qarşılıqlı etimad səylərini rədd edir”.

Ermənistan prezidenti sonda yenə sərsəm iddia irəli sürüb. Belə ki, o, münaqişənin həllinin Azərbaycan, Ermənistran və Dağlıq Qarabağın əlində olduğunu bildirərək, ATƏT-in Minsk Qrupunun yalnız vasitəçi missiyaya malik olduğunu vurğulayıb.
Bu xəbər oxucular tərəfindən 799 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed