Şrift:
Azərbaycan istehsal etdiyi müdafiə təyinatlı məhsulları Avropa regionunda tanıtmağa hazırlaşır
19.12.2011 [13:01] - Hərb
Azərbaycan Müdafiə Sənayesi Nazirliyi (MSN) istehsal etdiyi müdafiə təyinatlı məhsulları 2012-ci ildən Avropa regionunda tanıtmağa hazırlaşır.

Bu barədə MSN-dən məlumat verilib.

Gələn il nazirlik Fransada keçirilən, dünyanın ən böyük hərbi və təhlükəsizlik texnologiyaları sərgisi olan «Eurosatory-2012» beynəlxalq sərgisində iştirak etməyi planlaşdırır. İyunun 11-dən 15-dək Parisdə keçiriləcək sərgidə MSN geniş çeşiddə məhsullarını nümayiş etdirmək niyyətindədir.

Qeyd edək ki, indiyədək MSN istehsalı olan bir neçə məhsul Polşa və Rusiyada keçirilən hərbi sərgilərdə müstəqil və ya nazirliyin xarici tərəfdaşlarının stendində nümayiş etdirilib. MSN 2009-cu ildən başlayaraq isə əsasən Türkiyə, ərəb ölkələri və Pakistanda keçirilən hərbi sərgilərdə aktiv iştirak edib.
Bu xəbər oxucular tərəfindən 894 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed