Şrift:
Başsağlığı: “Tanınmış azərbaycanlı fəal İbrahim Cəfərzadə ailəsi ilə birlikdə dünyasını dəyişib”
27.09.2011 [17:00] - Güney Azərbaycan-Təbriz
Güney Azərbaycanın milli-mədəni hüquqları uğrunda uzun illər var gücü ilə fəaliyyət göstərən, müxtəlif təzyiqlərə məruz qalan İbrahim Cəfərzadə ailəsi ilə birlikdə dünyasını dəyişib.
Əldə etdiyimiz məlumata görə, Güney Azərbaycanın Xoy şəhərinin sakini mərhum Cəfərzadə, keçən axşamın səhərə yaxın saatlarında həyat yoldaşı və uşağı ilə birlikdə avtomobil qəzası nəticəsində dünyasını dəyişib. Qəza Xoy şəhəri ətrafında baş verib.
Adını çəkdiyimiz dəyərli milli-mədəni fəal İbrahim Cəfərzadə Azərbaycanın milli, mədəni və siyasi hüquqları uğrunda yorulmadan fəaliyyət göstərən soydaşlarımızdan olub. O, Əvrin əncüməninin təsisçi üzvlərindən biri və keçmiş müdir-məsulu olub.
Cənab Cəfərzadənin vəfatı Milli Hərəkat və Azərbaycan türk milləti üçün böyük itkidir. Biz GünAz TV rəhbərliyi və kollektivi olaraq çox dəyərli soydaşımız və silahdaşımızın ailəsi ilə birlikdə gözlənilməz ölümünü onun əziz ailəsinə, Azərbaycan Milli Hərəkat fəallarına və bütün xalqımıza BAŞSAĞLIĞI veririk.

ALLAH rəhmət eləsin
Bu xəbər oxucular tərəfindən 1189 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed