Şrift:
97 yaşlı professor: “Qarabağ abidələrinin hamısı türk mənşəlidir”
19.12.2011 [16:02] - Mədəniyyət
“Qarabağ abidələrinin hamısı Türk mənşəlidir”. Bunu APA-ya açıqlamasında türk sənət tarixçiliyinin duayeni, 97 yaşlı professor Oktay Aslanapa deyib.

Professor O. Aslanapanın 97 yaşının tamam olması münasibətilə İstanbuldakı Türk Dünyası Araşdırmaları Vəqfində tədbir keçirilib. Tədbirdə çıxış edən Türk Dünyası Araşdırmaları Vəqfinin başqanı, professor Turan Yazqan bildirib ki, ustad Oktay Aslanapanın həyat və fəaliyyəti vətənini və millətini sevən hər kəsə bir örnəkdir: “O, bizə ölənə qədər vətən və millət üçün çalışmağı öyrədib. Professor Aslanapa bu gün də əcnəbi ölkələrdəki toplantılara gedib elmi həqiqətləri dünya ictimaiyyətinə çatdırır. Hər həftənin şənbə günü vəqfimizin təşkil etdiyi konfranslarda iştirak edir, TV kanallarında çıxış edir. Şərəfli həyat yolu keçmiş Oktay xocamızla nə qədər qürur duysaq, yenə də azdır”.

Tədbirdən sonra APA-ya açıqlama verən Oktay Aslanapa uzun illər türk dünyasının memarlıq abidələrini araşdırdığını söyləyib: “Türk memarlıq tarixində və xüsusilə Qafqaz memarlığında Azərbaycanın xüsusi yeri var. Güney Azərbaycan da daxil olmaqla, Azərbaycan memarlığı barədə kitabım 1979-cu ildə çıxıb. Ermənilər Dağlıq Qarabağa Cənubi Azərbaycandan köç etdirilib, oranın aborigen sakinləri türklərdir və oradakı abidələrin hamısı türk mənşəlidir. Əgər Azərbaycandan dəvət edərlərsə, bu barədə gedib orada məmnuniyyətlə çıxış edərəm. Tanınmış memar və alim Cəfər Qiyasi yaxın dostumdur, onun İğdırda qoyduğu abidə türk memarlığının ən qiymətli əsərləri sırasındadır”.
Bu xəbər oxucular tərəfindən 1107 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed