Şrift:
Herana xəbər agentliyinin baş redaktorunun cansız bədəni tapılıb
07.08.2014 [11:19] - Güney Azərbaycan xəbərləri, Hadisə
Dünən səhər Türkiyə polisi “Herana” xəbər agentliyinin baş redaktoru, İranda insan haqları fəalları kollektivinin məsullarından biri Seyid Camal Hüseyninın (İsfəndyar Bəharməs) cansız bədəni tapıb.
“Herana” xəbər agentliyinin yaydığı məlumata görə, polis S.C.Hüseyninin cansız bədənini avqustun 5-də öz evində iş masası arxasında tapıb.

Məlumata görə, polis mərhumun cansız bədənini taparkən onun sifətində və evinin bəzi yerlərində qan damcıları müşahidə edib.

“Herana” yaydığı məlumatda bildirir ki, hələlik mərhumun ölümü ilə bağlı heç bir məlumat yoxdur, lakin Türkiyə polis bu barədə geniş araşdırmalara başlayıb.

“ALLAH rəhmət eləsin”
Bu xəbər oxucular tərəfindən 621 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed