Şrift:
İraqda gərginlik: Baş nazir vəzifəsindən kənarlaşdırıldı
12.08.2014 [16:17] - Gündəm, Siyasət
Ölkənin baş naziri Nuri əl-Maliki vəzifəsindən kənarlaşdırılıb. Onun əvəzinə isə, Şiə cəmiyyətinin əsas siyasi birliyi - Milli İttifaq partiyasından Heydər əl-Əbədi bu vəzifəyə təyin olunub. İraq rəhbəriyi ölkədə yeni hökumətin qurulması üçün Heydər əl-Əbədiyə tapşırıqlar verib. Əl-Malikinin bu istiqamətdə gördüyü işlər isə uğursuz alınmışdı. Maliki prezident Fuad Məsumun bu addımını qanunsuz hesab edib. İraq rəhbərliyinin siyasi seçimi ABŞ (Amerika Birləşmiş Ştatları) hökuməti tərəfindən də müsbət qarşılanıb.
“İraq konstitusiyasına əsasən, bu addım İraqda cəmiyyətin bütün üzvlərini nəzərə almaqla yeni hökumətin formalaşdırılması istiqamətində atılan vacib bir addımdır. Bu gün prezident müavini Co Bayden və mən cənab İbadini zəng edərək təbrik etdik və mümkün qədər qısa vaxt ərzində yeni hökuməti formalaşdırmağa çağırdıq. Bu günlərdə İraq çətin tarixi mərhələ yaşayır. Biz İŞİD (İraq və Şam İslam Dövləti) silahlılarına qarşı mübarizədə İraq hökuməti ilə tərəfdaşlıq etməyə hazırıq” - deyə Obama qeyd edib.

Maliki tərəfdarları rəhbərliyin sabiq baş nazirə qarşı təzyiqlərinə etiraz edi.
Bu xəbər oxucular tərəfindən 787 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed