Şrift:
Rusiya, Belarus və Qazaxıstan prezidentləri arasında telefon danışığı olub
13.08.2014 [15:41] - Siyasət
Rusiya prezidenti Vladimir Putin Qazaxıstan prezidenti Nursultan Nazarbayev və Aleksandr Lukaşenko ilə telefon söhbətində ABŞ və Avropa Birliyinin sanksiyalarına cavab tədbirləri barədə müzakirə aparıb. APA-nın İTAR-TASS-a istinadən verdiyi məlumata görə, bu barədə Kremlin mətbuat xidmətindən bildirilib.

Açıqlamada deyilir ki, telefon söhbətində formalaşmaqda olan Avrasiya Gömrük İttifaqı çərçivəsindəki bir sıra əməkdaşlıq məsələləri müzakirə edilib. İdxalı qanunsuz sayılan məhsulların Qazaxıstan və Belarus vasitəsilə Rusiya ərazisinə gətirilməsinə yol verməmək diqqətdə olub. Ukraynadakı böhranın tezliklə dinc yolla həlli naminə göstərilməsi mümkün olan beynəlxalq səviyyəli cəhdlərin formatı barədə fikir mübadiləsi də aparılıb. Liderlər Ukraynanın cənub-şərqindəki vəziyyətdən dərin narahatlıqlarını ifadə ediblər.
Bu xəbər oxucular tərəfindən 538 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed