Şrift:
Azərbaycan-Belarusla ticarət dövriyyəsinin bu il 1 mlrd. dollara çatacağı gözlənilir
20.12.2011 [12:47] - İqtisadiyyat
Belarusla Azərbaycan arasında əmtəə dövriyyəsi 2006-2010-cu illərdə beş dəfə artıb.Bunu keçirdiyi mətbuat konfransında Belarusun Azərbaycandakı səfiri Nikolay Patskeviç bildirib.

Diplomatın sözlərinə görə, bu zaman kəsiyində iki dövlət arasında ticarət dövriyyəsi 150 mln. dollara çatıb: “Lakin 2011-ci il Azərbaycan-Belarus münasibətlərində əsl sıçrayış ili oldu. Belə ki, cari ilin 7 ayı ərzində ikitərəfli əmtəə dövriyyəsi 7 dəfə artaraq 890 mln. dollara çatıb. Biz gözləyirik ki, yaxın zamanlarda bu rəqəm 1 mlrd. dollara çatacaq”.

Səfir qeyd edib ki, Belarusla Azərbaycan arasında iqtisadi-ticarət münasibətlərində maşınqayırma və xüsusən enerji əməkdaşlığı aparıcı rol oynayır: “İkitərəfli əlaqələrdə Azərbaycan neftinin ixracı əlamətdar hadisə oldu. Azərbaycan, Belarus və Venesuela arasında neft təchizatına dair üçtərəfli saziş Belarus tərəfinə neft alqı-satqısı coğrafiyasını genişləndirməyə imkan verib”.

N.Patskeviç deyib ki, “Odessa-Brodı” kəmərinin istifadəsi haqqında Ukrayna ilə imzalanmış müqavilə neftin nəqlinə şərait yaradıb: “Bütün bunlar iki ölkə rəhbərlərinin siyasi əzmi və iradəsi sayəsində mümkün oldu”.
Bu xəbər oxucular tərəfindən 639 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed