Şrift:
Azərbaycanın velosiped komandası Çexiyada yarışıb
18.08.2014 [11:33] - Gündəm, İdman
Çexiyada Beynəlxalq Velosipedçilər İttifaqının 1.2 kateqoriyalı birgünlük "Královéhradeckého Kraje" Qran-Prisi keçirilib. Yarışda Azərbaycanın ilk peşəkar kontinental velosiped komandası "Synergy Baku"nun 6 üzvü - Tural İsgəndərov, Maksim Averin, Markus Eybeger, Daniel Klemme, Maykl Şvayzer və Yan Sokol da çıxış edib.

178 km-lik mübarizənin yekunu olaraq komanda üzvlərimizdən ən yüksək göstəriciyə Markus Eybeger imza atıb - o, yürüş qalibindən 4 dəqiqə, 5 saniyə geri qalmaqla starta çıxan 134 velosipedçi arasında 14-cü olub. Maykl Şvayzer və Tural İsgəndərov finiş xəttini eyni anda - müvafiq olaraq 45-46-ci yerdə keçiblər.

Yeri gəlmişkən, güclü yağış səbəbindən starta çıxan velosipedçilərin yarıdan çoxu - düz 74 nəfəri finiş xəttini keçə bilməyib və mübarizəni yarımçıq dayandırıb.

Qeyd edək ki, şüarı "Davamlı gələcəyə doğru" olan "Synergy Group" ASC Azərbaycanın ilk peşəkar velokomandası "Synergy Baku Cycling Project"in baş sponsorudur.
Bu xəbər oxucular tərəfindən 675 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed