Şrift:
İran Sərhəd Qoşunlarının Komandanı Azərbaycanda səfərdədir
18.08.2014 [11:39] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Azərbaycan Sərhəd Mühafizəsinin yaranmasının 95-ci ildönümünə həsr olunmuş təntənəli mərasimdə iştirak etmək məqsədilə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin dəvəti ilə 2014-cü ilin 16-18 avqust tarixlərin­də İran İslam Respublikası Sərhəd Qoşunlarının Komandanı general-mayor Qasım Rzainin rəhbərlik etdiyi nüma­yəndə heyəti ölkəmizə səfər edib.
Avqustun 17-də Döv­lət Sərhəd Xidmətinin Apa­ratında general-mayor Qasım Rzainin təntənəli qarşılanma məra­simi keçiri­lib. Rəsmi protokola uyğun olaraq, İran İslam Respublikası Sərhəd Qo­şun­­la­rının Komandanı şərəf kitabına ürək sözlərini yazıb.
Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev və İran İslam Respublikası Sər­həd Qoşunlarının Komandanı general-mayor Qasım Rzainin rəh­bərlik etdikləri nümayən­də heyətləri arasında geniş tərkibdə keçirilmiş görüşdə Azərbaycan-İran dövlət sərhədində və sərhəd keçid məntəqələrindəki vəziyyətlə bağlı fikir mübadiləsi aparılmış, hər iki qurum arasında əməkdaşlığın möv­cud durumu və perspektivləri müzakirə olunub.
Müzakirələr zamanı qurumlar arasında əməkdaşlığın inkişaf dinamikası müsbət qiymətləndirilmiş, dövlət sərhədindən qaçaq­malçılığa, trans­sər­həd­ cinayətkarlığa qarşı, eləcə də digər qeyri-qanuni fəaliyyət­lə­rin qarşı­sı­­nın alınması üzrə qarşılıqlı əlaqələrin genişləndiril­mə­si­nin vacibliyi vur­­ğu­lanıb.
Səfər çərçivəsində İran nümayəndə heyəti Bakı şəhərinin mədəni-tarixi yerləri ilə tanış edilmişlər.
Səfər dostluq və qarşılıqlı anlaşma şəraitində keçib.
Trend-in İran səfirliyinə istinadən verdiyi məlumata görə, görüş zamanı İran Sərhəd Qoşunlarının Komandanı Elçin Quliyevi İrana rəsmi səfərə dəvət edib.
Elçin Quliyev İranlı həmkarının dəvətini qəbul edib.
Bu xəbər oxucular tərəfindən 795 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed