Şrift:
Azərbaycan dəbilqə və zirehli gödəkcə istehsalına başlayır
20.12.2011 [13:02] - Hərb
Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin (MSN) «Radioquraşdırma» zavodu gələn ilin əvvəlindən İordaniyanın «NP Aerospace Jordan» şirkətinin lisenziyası əsasında dəbilqə və zirehli gödəkcələrin istehsalına başlayacaq.

Bu barədə MSN-dən məlumat verilib.

İstehsal prosesinə 2012-ci ilin ilk rübündə start verilməsi gözlənilir. MSN və İordaniyanın Kral II Abdullahın Layihə Bürosu (KADDB) arasında 2010-cu ilin may ayında imzalanmış saziş çərçivəsində artıq «Radioquraşdırma» zavodunun tələb olunan xammalla təchizatına dair müqavilə imzalanıb. İstehsalçı heyətə həm İordaniyada - «NP Aerospace Jordan» şirkətinin müəssisəsində, həm də Azərbaycanda müvafiq treninqlər keçirilib. Eyni zamanda zavodda istehsal sahəsi hazırlanıb və ilk məhsulların nümunələri buraxılaraq testlərdən keçirilib.

Müqaviləyə əsasən, İordaniya şirkəti «Radioquraşdırma» zavodunu 15 min dəbilqə üçün kompozit material, 12 min zirehli gödəkcə üçün keramik plitə ilə təmin edəcək.
Bu xəbər oxucular tərəfindən 1729 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed