Şrift:
Bakıda xüsusi istedada malik 1245 uşaq vaxtından əvvəl I sinfə qəbul olunub
18.08.2014 [14:19] - Gündəm, Sosial
Xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu ilə bağlı keçirilən müsahibələrdə iştirak edən uşaqlardan 1245-i I sinfə qəbul olunub. Bakı Şəhər Təhsil İdarəsindən (BŞTİ) APA-nın sorğusuna cavab olaraq bildirilib ki, 970 nəfər müsahibədən keçə bilməyib. Qeydiyyatdan keçən 2215 nəfər müsahibələrdə iştirak edib, 89 nəfər isə müsahibəyə qatılmayıb. Hazırda 3318 nəfər qeydiyyatdan keçib. Onlardan 2073 nəfər müsahibəni gözləyir.

Qeyd edək ki, “Xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu ilə bağlı müsahibələrə avqust 5-dən start verilib. Təhsil nazirinin “Xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu Qaydaları” barədə əmrinə müvafiq olaraq Bakı şəhərində yerləşən və BŞTİ-nin tabeliyində olan məktəblərə qəbul elektron ərizələr vasitəsilə aparılır.

Elektron ərizələrin qəbulu avqust ayının 20-dək, müsahibələr isə sentyabrın 10-na qədər davam edəcək.
Bu xəbər oxucular tərəfindən 947 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed