Şrift:
Fərəc Quliyev prezident təqaüdçüləri ilə görüşdü
19.08.2014 [15:34] - Xəbərlər, Gənclik, Özəl xəbər, Fərəc Quliyev
Yaranmaqda olan “Prezident Təqaüdçü Tələbələr” İctimai Birliyinin Təşkilat Komitəsinin təşəbbüsü ilə univerisitetlərə qəbul imtahanlarında yüksək bal topladıqları üçün “Prezident Təqaüdü”-nə layiq görülmüş bir qurup tələbələrin Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyevlə görüşü keçirilib. Dəyirmi masa şəklində təşkil olunmuş tədbiri giriş sözü ilə açan Birliyin Təşkilat Komitəsinin sədri Təbriz Cəfərov gənclərə və o cümlədən tələbələrə həmişə xüsusi diqqəti ilə seçildiyi üçün, tələbələr adından Fərəc Quliyevə təşəkkürlərini bildirdi. Təbriz Cəfərov qeyd etdi ki, “Prezident Təqaüdçü Tələbələr” İctimai Birliyi yeni yaranmaqda olduğu üçün, nüfuzlu bir partiyanın sədri olan millət vəkilinin verdiyi bu dəyər Birliyin formalaşmasında stimul oldu və Birlik üçün xüsusi bir əhəmiyyətə malikdir. Təbriz Cəfərov bildirdi ki, bu çür görüşlərin məqsədi, istedı ilə seçilən tələbələrin cəmiyyətdə öz yerini tapması üçün sizlərin düşüncə və tövsüyyələrinə ehtiyaclarının olması ilə bağlı təşkil olunur.
O, sonra sözü Fərəc Quliyevə verdi. Fərəc Quliev də öz növbəsində belə bir təşəbbüsü yüksək qiymətləndirdi və bildirdi ki, “sizlər artıq bir ailənin, bir nəslin deyil, bir millətin, bir dövlətin övladlarısınız, ona görə də istər millət vəkillərinin, istər də dövlət adamlarının borcudur ki, sizlərin istiqamətləndirilmənizdə və formalaşmanızda əlindən gələni etsin”. Millət vəkili eyni zamanda vurğuladı ki, gənclərdən çox şey tələb etməməyə qarşıdı. “ Mən Azərbaycanın müstəqilliyi uğrunda, rus ordusunun ölkəmizdən çıxarılması üçün, ərazı bütövlüyümüz və bu kimi müqəddəs milli taleyüklü məsələlərlə bağlı mübarizə aparanda gənc idim, nəyə görə indiki gənclik taleyüklü məslələrdən kənarda qalmalıdırlar?! Yəni gənclərdən çox şey gözləməyə dəyər və gözlənilməlidir də. Çünki, siz həm biz bildiklərimizi bilirsiniz, həm də modern və müasir informasiya qaynaqlarından daha bacarıqlı istifadə etdiyiniz üçün biz bilmədiklərimizi bilrisiniz.” -deyə MDHP sədri vurğuladı. O bildirdi ki, “siz prezident təqaüdçüləri həm də istedadınıza görə digər gənclərdən fərqlənirsinizsə sizdən bizim tələbimiz daha çox olmalıdır. Çünki, biz istəyirik ki, qurduğumuz bu ölkə daha savadlı, ağıllı, bacarıqlı və güclü əllərdə olsun”. Fərəc Quliyev bildirdi ki, bir ölkənin və bir millətin ən böyük sərvəti insan faktorudur: “Belə bir təsnifat var ki, bir ölkənin nə qədər çox təbii sərvəti və coğrafi mövqeyi yaxşı olsa da, insan amilindən düzgün istifadə edilməsə, o ölkədə heç bir uğura nail olunmaz. İnsan amili ən mühim amildi və bu gün bizim dövlət siyasətində də bu priaritet məslə kimi qəbul olunur ki, maddi qaynaqlarımız insan amilinə çevrilisin. Bu isə yaxşı mənada bumeranq siyasətidir. İnsan faktoruna çevrilən maddi kapital dəfələrlə artıqlaması ilə qayıdır.”
Daha sonra istiqlalçı deputat öz həyat yolu ilə müqayisəli tövsüyələr verdi: “Bilirsiz, mən siqnator deputatam, Milli Azadlıq Hərəkatyında iştirak etmişəm, Sərhəd Hərəkatında iştirak etmişəm, döyüşçü omuşam, yəni azdan-çoxdan mübarizəm olub. Amma mən düşünmürəm ki, mən qəhrəmanam. O zamanın tələbi idi. O zaman mübarizə aparanları yox, aparmayanları, eləcə də döyüşənləri yox, döyüşməyənləri sayırdılar. Çünki, mübarizədən və döyüşdən yayınanlar barmaqla sayılacaq qədər az idi. Həmin illər Azərbaycan xalqı dünyanın ən mübariz xalqı elan olundu. Əgər siz də o dövrdə yaşasaydınız, siz də həmin mübarizəyə və döyüşlərə qoşulardınız. Amma, indi sizin üzərinizə başqa missiya düşür. Bu gün iqtidar-müxalifət münasibətlərində güya radikallıq etmək istəyənlərə mən bəzən irad tuturam ki, 1990-cı illərdə rus ortusu xüsusi təyinatlılarını ölkəmizə yeridəndə, mən Qisas Təşkilatı yaratmışdım və Güney azərbaycanlılarla birlikdə silahlı mübarizəyə başlamışdıq rus ordusuna qarşı. O zaman bütün mübarizə üsulları məqbul idi, o cümlədən də də hər cür radikallıq. Çünki, bir imperiyaya qarşı mübarizə gedirdi. Lakin, bu gün bizim sivil bir dövlətimiz var. Bu dövləti biz -yəni bütövlükdə Azərbaycan xalqı qazanıb və qurb. Burda hər çür yarış ola bilər –ağıl yarışı, platforma yarışı, ideoloji mübarizəsi, hakimiyyət uğrunda mübarizə -bütün bunlar olduqca normaldır, amma öz dövlətinə qarşı radikal addımlar artıq anormaldır və qəbul oluna bilməz. Biz imperiyaya qarşı azadlıq savaşında radikal mövqedən çıxış edəndə, indi radikal mübarizə yolunu tutan adamlar və qüvvələr “biz demoqratik mübarizə aparırırq” –deyib yaxalarını kənara çəkirdilər.
Mən sizi bayaq qeyd etdiyim, bu günün tələblərinə uyğun yarışlarda və mübarizədə öndə görmək istəyirəm. Təkcə ölkə daxilində deyil, dünya miqyasında iddialı olun. Bir millətin xoşbəxtliyi onun dünyada güclü olmasından asılıdır. Fərdin xoşbəxtliyi isə, millətin xoşbəxtliyinin içərisindədir. Müşahidə etsəniz, dünya xalqlarında bu həqiqəti görərsiniz. Bu yolda da sizə, istər millət vəkilləri olsun, istər hakimiyyətdə olanlar olsun, istər hakimiyyət iddiasında olan müxalifət partiyaları olsun, istər siyasətə qarışmayan ziyalı təbəqə olsun, istər yerlərdə corab toxuyan nənələrimiz olsun, istər qoyun otaran babalarımız olsun, hamımız sizə sahib çıxmaqa borcluyuq”.
Sonra, millət vəkili təhsillə bağlı Milli Məclisdə qaldırdığı məsələrdən danışdı və dünyada Azərbaycanın imicinin qaldırılması istiqamətində gənclərin görə biləcəyi işlərlə bağlı tövsüyyələrini verdi. Görüşdə iştirak edən MDHP sədrinin ideoloji məslələr üzrə müavini Həbib Ələkbərsoy və MDHP Gənclər Təşkilatının sədri Coşqun Dadaşov partiyanın təhsil və gənclər siyasətindən danışdılar.
Tələbələrin suallarını cavablandırdıqdan sonra Fərəc quliyev gənclər tərəfindən millət vəkili kimi ona unvanlanmış təklifləri qeyd edərək, butun təkliflərin müsbət həlli üçün əlindən gələni edəcəyini bildirdi.
Sonda masa iştirakçıları xatirə şəkli çəkdirməklə tədbiri yekunlaşdırdılar.
Fərəc Quliyev prezident təqaüdçüləri ilə görüşdü

Fərəc Quliyev prezident təqaüdçüləri ilə görüşdü

Fərəc Quliyev prezident təqaüdçüləri ilə görüşdü

Fərəc Quliyev prezident təqaüdçüləri ilə görüşdü

Fərəc Quliyev prezident təqaüdçüləri ilə görüşdü

Fərəc Quliyev prezident təqaüdçüləri ilə görüşdü

Fərəc Quliyev prezident təqaüdçüləri ilə görüşdü

Fərəc Quliyev prezident təqaüdçüləri ilə görüşdü

Fərəc Quliyev prezident təqaüdçüləri ilə görüşdü

Fərəc Quliyev prezident təqaüdçüləri ilə görüşdü

Fərəc Quliyev prezident təqaüdçüləri ilə görüşdü

Fərəc Quliyev prezident təqaüdçüləri ilə görüşdü

Fərəc Quliyev prezident təqaüdçüləri ilə görüşdü

Fərəc Quliyev prezident təqaüdçüləri ilə görüşdü

Fərəc Quliyev prezident təqaüdçüləri ilə görüşdü

Fərəc Quliyev prezident təqaüdçüləri ilə görüşdü

Fərəc Quliyev prezident təqaüdçüləri ilə görüşdü

Fərəc Quliyev prezident təqaüdçüləri ilə görüşdü
Bu xəbər oxucular tərəfindən 1483 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed