Şrift:
Azərbaycan, Türkiyə və Gürcüstan birgə müdafiənin gücləndirilməsi planının hazırlamasında maraqlıdırlar
22.08.2014 [11:09] - Xəbərlər, Siyasət
Gürcüstan, Türkiyə və Azərbaycan müdafiə qabiliyyətliliyinin möhkəmləndirilməsi üzrə planın hazırlamasında maraqlıdırlar. Bu barədə cümə günü Gürcüstanın müdafiə naziri İrakli Alasaniya "İmedi" telekanalına müsahibəsində bildirib.
Nazir deyib: "Bu üç dövlətin hökumət nümayəndələri müdafiə qabiliyyətliliyinin möhkəmləndirilməsi üzrə planın hazırlaması üzərində düşünməyə başlayıblar".
Nazirin sözlərinə görə, bu, Avropanını və NATO-nun maraqlarına da daxildir, çünki məhz bu tranzit yol [Bakı-Tbilisi-Qars] Əfqanıstandakı alyansa yüklərin daşınması üçün istifadə olunur.
İ.Alasaniya bildirib: "Bundan əlavə, qeyd etmək lazımdır ki, bu fəaliyyət kimə qarşısa yönəlməyib ".
Nazir deyib ki, Gürcüstan, Azərbaycan və Türkiyə strateji əhəmiyyətli birgə layihələr həyata keçirirlər.
Qeyd edək ki, bu günlərdə Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov, Gürcüstanın müdafiə naziri İrakli Alasaniya və Türkiyənin milli müdafiə naziri İsmət Yılmaz Naxçıvanda keçirilən görüşdə birgə hərbi təlimlərin keçirilməsi barədə razılığa gəliblər.
Bu xəbər oxucular tərəfindən 777 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed