Şrift:
Fərəc Quliyev: “Seçkidən əvvəl Abdulla Gül bəyan etmişdi ki, siyasətdən getmək istəyir”
23.08.2014 [12:04] - Xəbərlər, Özəl xəbər, Fərəc Quliyev
Millət vəkili Fərəc Quliyev Türkiyədə baş nazir “postuna” Əhməd Davudoğlunun seçilməsini ölkənin daxili işi hesab etməklə yanaşı, bunu uğurlu gediş olduğunu bildirdi. Eyni zamanda bildirdi ki, Dövlət Baxçalinin Abdula Gülə dediyi, “siz baş nazir olsanız…” ifadəsinə, ondan nə “hə”, nə də “yox” cavabı verilmişdi. “Güman etmək olar ki, Abdulla Gülün də bu məsələdə tərəddüdü var idi. Digər tərəfdən, seçkidən əvvəl Abdulla Gül bəyan etmişdi ki, ümumiyyətlə siyasətdən getmək istəyir. Ona görə də burda bir çəkişmənin, anlaşılmazlığın olmasını kiçik məqamlara bağlamaq lazım deyil. Abdullah Gül, Rəcəb Tayyib Ərdoğan böyük siyasətçidirlər. Bir komanda olaraq onlar partiyalarına uğurlar qazandırıblar. Daha doğru cavabı, təbii ki, onların özləri bilir. Bütün hallarda belə bir təyinatın olması heç nəyi dəyişən deyil. Çünki Davudoğlu da çox bacarıqlı siyasıtçidir. Bu təyinatın Türkiyə üçün neqativ olacağını güman etmirəm”.

T.Qafarlı
Bu xəbər oxucular tərəfindən 1112 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed