Şrift:
Türkiyədə Pentaqonun modeli yaradıla bilər
23.08.2014 [12:33] - Gündəm, Türk dünyası-Turan
Türkiyə prezidenti Abdulla Gül vəzifədən getməzdən əvvəl Türkiyə Silahlı Qüvvələrində dəyişikliklərin edilməsi ilə bağlı sərəncam verib.

Sərəncamda Türkiyədə ABŞ-ın Müdafiə Nazirliyi Pentaqona bənzər qurumun yaradılması təklif olunur.

Sərəncamda həmçinin təklif olunur ki, Milli Müdafiə Nazirliyi, Baş Qərargah İdarəsi və digər güc strukturları eyni kampusda fəaliyyət göstərsin.

Qeyd edək ki, avqustun 10-da Türkiyədə keçirilən prezident seçkilərində Rəcəb Tayyib Ərdoğan 52 faiz səs toplayaraq qalib gəlmişdi. Avqustun 28-də Ərdoğanın andiçmə mərasimi keçiriləcək və bununla da Abdulla Gülün vəzifəsinə son qoyulacaq.
Bu xəbər oxucular tərəfindən 736 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed