Şrift:
Elxan Süleymanov AŞPA-nın iyun sessiyasında baş verənlərə etiraz etdi
25.08.2014 [10:46] - Gündəm, Siyasət
Azərbaycanın AŞPA-da nümayəndə heyətinin üzvü Elxan Süleymanov AŞPA-nın iyun sessiyasında baş verən ikili standartlarla bağlı AŞPA prezidenti Ann Brössora və AŞPA Büro üzvlərinə, Avropa Şurasının Baş Katibi Tyorbörn Yaqlanda və AŞPA-nın Baş Katibi Voytsex Savitskiyə müraciət edib.

Mraciətdə E.Süleymanov 14 üzv dövləti təmsil edən 58 üzvün imzaladığı Azərbaycan ərazilərini işğal altında saxladığına görə Ermənistana sanksiyaların tətbiq edilməsini tələb edən qətnamə layihəsinə Sədarət Komitəsində Katibliyin son dəqiqə prosedur etirazı qaldırmasına etirz edib.
E.Süleymanov müraciətdə qeyd edib ki, qətnamə layihəsi daha əvvəl rəsmi çap edilmişdi və beləliklə, Qaydalara tam müvafiq idi.
V.Savitskinin sanksiyalar tələb etməyən qətnamə layihəni müvafiq şəkildə yenidən yazmağı təklif etdiyini bildirən E.Süleymanov qeyd edib ki, o, tələb edilən qısa vaxtda yeni qətnamə layihəsi irəli sürməyə müvəffəq olub.
E.Süleymanov müraciətdə onu da qeyd edib ki, onun qətnamə layihəmdən bir neçə saat sonra irəli sürülmüş "Dağlıq Qarabağ münaqişəsi" adlı qətnamə layihəsi açıq-aydın Ermənistanın maraqlarına xidmət edir, çünki burada Ermənistan tərəfindən işğal edilmiş bütün Azərbaycan ərazilərinin vəziyyəti işıqlandırılmır: "Bu isə bir daha onu deməyə əsas verir ki, beynəlxalq təşkilatlar və ermənilər Ermənistan tərəfindən hərbi işğal altında saxlanılan ətraf yeddi Azərbaycan rayonunu müzakirə etməkdən çəkinirlər".
AŞPA həmkarlarına müraciət edən E.Süleymanov qeyd edib ki, Azərbaycanın işğal etdiyi ərazilərdə etnik təmizləmə siyasəti həyata keçirmiş, 1 milyon mülki əhalini qaçqın və məcburi köçkünə çevirmiş olan Ermənistana qarşı beynəlxalq təşkilatların, o cümlədən AŞPA-nın sanksiyalar tətbiq etməməsi, əksinə onu öz çətiri altına alaraq sanksiyalardan sığortalaması işğalçı dövlət olan Ermənistanı Azərbaycana qarşı yeni cinayətlər törətməyə həvəsləndirir.
E.Süleymanov müraciətdə ümidvar olduğunu bildirib ki, düzgünlük, ləyaqət və obyektivliyi müdafiə edən bütün üzvlər Dağlıq Qarabağ daxil olmaqla, Azərbaycan Respublikası ərazisinin beşdə-birini 23 il müddətində Ermənistan tərəfindən işğal altında saxlanılması faktını diqqətdən kənarda qoymayacaqlar.
Bu xəbər oxucular tərəfindən 778 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed