Şrift:
Suriya ABŞ-ı terrorçuluqla birgə mübarizə aparmağa çağırıb
26.08.2014 [00:26] - Xəbərlər, Hadisə
Suriya XİN rəhbəri Valid Muallem ABŞ-a “İslam Dövləti” qruplaşması ilə mübarizədə yardım təklif edib.


ABŞ, Böyük Britaniya, Kanada və bir neçə ölkədə bu qruplaşma terrorçu təşkilat kimi tanınır.

Muallemin sözlərinə görə, “İslam Dövləti” ilə mübarizədə beynəlxalq koalisiyanın mərkəzi məhz Suriyadır.

Qeyd edək ki, ABŞ terrorçuların İraqdakı mövqelərinə artıq bir neçə zərbə endirib və gələcəkdə bu cür zərbələrin “İslam Dövləti”nin Suriyadakı mövqelərinə də endirmək niyyətində olduğunu elan edib. Muallem qeyd edib ki, Suriya ərazisində bu cür əməliyyatların keçirilməsi Suriya rəhbərliyi ilə razılaşdırılmalıdır: “Əks təqdirdə istənilən addım təcavüz kimi qiymətləndiriləcək”.

Qeyd edək ki, Muallemin bu bəyanatı Bəşər Əsəd hakimiyyətinin nümayəndəsinin “İslam Dövləti” problemi üzrə ilk şərhidir.
Bu xəbər oxucular tərəfindən 951 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed