Şrift:
Ukrayna prezidenti Ali Radanın səlahiyyətlərini vaxtından əvvəl dayandırıb
26.08.2014 [00:48] - Gündəm, Siyasət
Ukrayna prezidenti Pyotr Poroşenko Ali Radanın səlahiyyətlərinin vaxtından əvvəl dayandırılması və növbədənkənar seçkilərin keçirilməsi ilə bağlı qərar verib.

Bu barədə “Twitter “ səhifəsində prezidentin mətbuat katibi Svyatoslav Tseqolko məlumat yayıb.

“Prezident Ali Radanın səlahiyyətlərini vaxtından əvvəl dayandırıb, çünki bu yeganə düzgün və məsuliyyətli qərardır”, deyə o qeyd edib.

Mətbuat katibinin sözlərinə görə, Pyotr Poroşenko demokratik siyasi qüvvələri seçkilərə vahid Ukrayna və Avropa meyilli komanda qismində getməyə çağırıb”.
Bu xəbər oxucular tərəfindən 1107 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed