Şrift:
Qafqaz Müsəlmanları İdarəsi yas mərasimlərindəki israfçılığın əleyhinədir
26.08.2014 [20:14] - Güney Azərbaycan xəbərləri, İslam dini
Qafqaz Müsəlmanları İdarəsi (QMİ) yas mərasimlərindəki israfçılıqla bağlı açıqlama yayıb.
İdarənin mətbuat xidmətindən verilən məlumata görə, Qafqaz Müsəlmanları İdarəsi bildirir ki, yas mərasimlərində israfın əleyhinə olduğu barədə və bu mərasimlərin sadə şəkildə keçirilməsi ilə bağlı tövsiyəsini hər zaman cəmiyyətə bəyan edib: "Bu mövqe QMİ-nin Qazılar Şurası və Elmi-Dini Şurasının üç il öncə, 13.07.2011-ci il tarixində dəbdəbəli toy-yas mərasimlərinin keçirilməsi ilə bağlı ictimaiyyətə ünvanladığı müraciətində əksini tapıb".
Qeyd olunur ki, QMİ dini baxımdan bəyənilməyən israfın hər zaman əleyhinədir və bu istiqamətdə atılan addımları dəstəkləyir: "Odur ki, mətbuatda anonim mənbəyə istinadən verilən məlumatların QMİ-nin mövqeyi kimi qələmə verilməsinə qəti etiraz edərək, bir daha bildiririk ki, bəyanatdakı mövqeyimiz birmənalıdır. Bəyanatın mətni ilə maraqlananlar İdarəmizin rəsmi vebsaytında (www.qafqazislam.com) tanış ola bilərlər".
Bu xəbər oxucular tərəfindən 1039 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed