Şrift:
Gənclərin milli-mənəvi dəyərlər əsasında tərbiyə edilməsi mövzusunda tədbir keçirilib
27.08.2014 [12:15] - Gündəm, Gənclik
Demokratiya və İnsan Hüquqları Komitəsi “Gənclərin milli-mənəvi və əxlaqi dəyərlər əsasında tərbiyə edilməsi - milli kimliyimizin qorunmasıdır” adlı layihə çərçivəsində tədbir keçirib.

Dilarə Əliyeva adına Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyətində keçirilən tədbirdə çıxış edən qurumun üzvü Nabat Qəniyeva bildirib ki, layihənin əsas məqsədi milli-mənəvi dəyərlərin aşılanma səbəblərini, bu problemlərdən çıxış yollarını araşdırmaq və xüsusilə də bu dəyərlərin gənclər arasında düzgün təbliğidir. Onun sözlərinə görə, layihə 5 ay müddətində davam edəcək.

Komitənin sədri, Milli Məclisin deputatı Çingiz Qənizadə isə qeyd edib ki, layihənin mövzusu hazırda çox aktualdır: “Vətənə, millətə bağlı olan insanları bir məsələ narahat edir ki, bu da müasir gənclik tərəfindən milli-mənəvi dəyərlərimizin yavaş-yavaş aradan qalxmasıdır. Hamımız bunu görürük və qarşısını ala bilmirik. Gənclərimizin müasirliyinin fonunda bizim milli-mənəvi dəyərlərimiz itir. Gənclərimizin tərbiyəsinin itirilməsində sosial şəbəkələrin də rolu böyükdür. Hesab edirəm ki, bu gün ata-babalarımızdan bizə miras qalan dəyərlərimizi, əxlaqımızı qorumaq və yaşatmaq vacibdir”.
Bu xəbər oxucular tərəfindən 783 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed