Şrift:
Xaçmazda yanğın söndürülüb
28.08.2014 [00:20] - Gündəm, Hadisə
Xaçmaz rayonunda başlayan yanğın söndürülüb.

Rayonun İlxıçı Məmmədxanlı kəndi ərazisində təxminən 2 hektar ərazidə biçilmiş taxıl zəmisi, kol-kos yanıb. Yaşayış evləri yanğından mühafizə olunub.

Yanğının başvermə səbəbləri araşdırılır.

Alovun söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin Xaçmaz Dövlət Yanğından Mühafizə Hissəsinin (DYMH) yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb olunub. Yanğın geniş əraziyə yayıldığından və yaşayış evlərinə yaxınlaşdığı üçün Quba və Şabran DYMH-nin texnikası və canlı qüvvəsi köməyə çağırılıb.

Güclü külək yanğının qarşısını almağa çətinliklər törədir.
Bu xəbər oxucular tərəfindən 951 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed