Şrift:
Ukrayna DİN: “Rusiya ordusu Ukraynaya daxil olub”
28.08.2014 [10:28] - Gündəm, Hərb
Rusiya Silahlı Qüvvələrinin Ukrayna ərazisinə irimiqyaslı hərbi müdaxiləsi baş verib.

UNİAN agentliyinin verdiyi məlumata görə, bunu Ukrayna daxili işlər nazirinin məsləhətçisi Zoryan Şkiryak bəyan edib.

Onun sözlərinə görə, Rusiya ordusu Ukraynaya bir neçə istiqamətdən hücuma başlayıb.

"Hazırda Rusiyanın hərbi komandanlığı antiterror əməliyyatı qüvvələrini parçalayaraq, Donbasdakı yaşayış məntəqələrini ələ keçirməyə cəhd göstərir”, deyə Şkiryak bildirib.
Bu xəbər oxucular tərəfindən 879 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed