Şrift:
Borçalıda beynəlxalq mədəniyyət festivalı keçirilir
29.08.2014 [09:56] - Güney Azərbaycan xəbərləri, Borçalı
Bu gün Marneulinin gürcülər yaşayan Tserakvi kəndində “One Caucasus” (Vahid Qafqaz) adlı beynəlxalq mədəniyyət festivalı başlayıb.

Tədbir Gürcüstan və Polşa Mədəniyyət və Tarixi Abidələrin Mühafizəsi Nazirliklərinin, Marneuli Rayon İcra Hakimiyyətinin, Polşanın „FUNDACJA INNA PRZESTRZEN" Fondunun dəstəyi və təşkilatçılığı ilə baş tutub. Tədbiri Fondun prezidenti Viltek Hebanovski açaraq Marneulini ən gözəl və təhlükəsiz bölgə adlandırıb. Sonra Marneuli Rayon İcra Hakimiyyətinin başçısı Merab Topçişvili festivalın böyük əhəmiyyət daşıdığını, dostluğa, qardaşlığa xidmət etiyini bildirib: "Biz bu mədəniyyət festivalını Marneulidə təşkil etməyi qərara aldıq. Tədbiri təşkil edənlərə minnətdarlığımı bildirirəm. Bu gün başlanan festival gənclərimizi yaxınlaşdıracaq və Marneulinin inkişafına kömək edəcək. Biz artıq Avropaya gedirik və düşünürəm ki, bu tədbiin ənənəvi şəkildə davam etdirilməsi Marneulinin Tserakvi kəndini turizmin mərkəzinə çevirəcək," M. Topçişvili bildirib.

Sonra festivalda Ukrayna folklor ansamblı və Marneuli musiqi kollektivi çıxış edib. 4 gün keçiriləcək festivala 20 dövlətdən (Polşa, Ukrayna, Azərbaycan, Yamayka, Amerika Birləşmişmiş Ştatları, Gürcüstan, Ermənistan, Hindistan, Koreya, Böyük Britaniya və s.) nümayəndələr qatılıb. Tədbirdə Azərbaycanı 5 nəfər təmsil edir.

Açıq səma altında keçirilən festivalda Azərbaycan, Gürcüstan və Ermənistan mətbəxinin nümunələri nümayiş etdirilib, ətraf kəndlərdə yaşayan azərbaycanlı, gürcü və erməni sakinlərinin becərdikləri kənd təsərrüfatı məhsullarının yarmarkası da təşkil edilib. Tədbirdə gənclər, uşaqlar və yeniyetmələr üçün təşkil olunan əyləncəli proqramlar, ustad dərsləri, eyni zamanda sənədli filmlər də nümayiş olunacaq.

Festivalın əsas təşkilatçılarından biri olan „FUNDACJA INNA PRZESTRZEN" Fondunun prezidenti Vitek Hebanovski APA-ya açıqlamasında özünü Marneulinin sakini adlandırıb və onların layihəsinə verilən dəstəyin real dəstək olduğunu bildirib: "Mən Qafqazı çox sevirəm. Həmişə istəyirəm ki, bu regionda sülh və əmin-amanlıq olsun. Biz bir neçə gün ərzində Marneulinin gürcü, Azərbaycan, həm də erməni kəndlərində olub filmlər də çəkmişik. Bizim gördüyümüz işlər bu gün real dəstəkdən əmələ gəlib. Belə layihələri Azərbaycanda da həyata keçirmək fikrindəyik," Vitek Hebanovski qeyd edib.
Bu xəbər oxucular tərəfindən 1433 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed