Şrift:
Timoşenko hökuməti Ukraynada hərbi vəziyyət elan etməyə çağırıb
29.08.2014 [10:13] - Gündəm, Siyasət
Ukraynanın sabiq baş naziri, “Batkivşina” partiyasının lideri Yuliya Timoşenko hökuməti ölkədə hərbi vəziyyət elan etməyə çağırıb.

İTAR-TASS-ın verdiyi məlumata görə, Timoşenko prezidentin ölkənin müdafiəsini öz əlinə almasını vacib hesab edib.

O qeyd edib ki, təcili surətdə taktikanı dəyişmək, Donetsk və Luqansk vilayətlərində hərbi vəziyyət yaratmaq üçün Ali Radanın iclasını çağırmaq lazımdır.

“Bu tədbirlər bizə öz hərəkətlərimizi daha dəqiq koordinə etmək imkanı verəcək”, - deyə Y.Timoşenko əlavə edib.
Bu xəbər oxucular tərəfindən 875 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed