Şrift:
Zakir Həsənovun Rumıniyaya səfəri başa çatıb
29.08.2014 [11:08] - Güney Azərbaycan xəbərləri, Bildiriş
Müdafiə nazirinin başçılıq etdiyi nümayəndə heyətinin Rumıniyaya səfəri başa çatıb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Avqustun 28-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun başçılıq etdiyi nümayəndə heyəti Rumıniyanın iqtisadiyyat naziri Konstantin Nitsa ilə görüşüb.
Görüş zamanı iki ölkə arasında hərbi-texniki əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb.
Rumıniyanın müdafiə sənayesi şirkətlərinin imkanları barədə məlumat verilib.
Görüşdə ölkələrimiz arasında əməkdaşlığı daha da inkişaf etdirmək üçün hər iki tərəfin geniş imkanlara malik olduğu xüsusi vurğulanıb.
Bununla da Azərbaycanın müdafiə nazirinin başçılıq etdiyi nümayəndə heyətinin Rumıniyaya ikigünlük səfəri başa çatıb.
Bu xəbər oxucular tərəfindən 1215 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed