Şrift:
Bakının 23 saylı orta məktəbinə yenidən Milli Qəhrəman Tahir Həsənovun adı verildi
05.09.2014 [00:38] - Xəbərlər, Sosial, Gənclik
Nazirlər Kabineti "Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı"nda dəyişiklik edilməsi haqqında qərar qəbul edib.
Kabinetin rəsmi saytı məlumat verir ki, dəyişikliyə əsasən, "Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı"nın "Ümumi təhsil müəssisələri (ibtidai, orta və tam orta ümumtəhsil məktəbləri, ümumtəhsil internat məktəbləri, xüsusi məktəblər və xüsusi internat məktəbləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi məktəblər və internat məktəbləri, xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün müəssisələr, istedadlı şagirdlər üçün məktəblər, gimnaziyalar, liseylər və digər müəssisələr)" bölməsinin 59-cu hissəsi aşağıdakı redaksiyada verilir:
"59. Tahir Həsənov adına 23 nömrəli tam orta məktəb".
Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Bu xəbər oxucular tərəfindən 767 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed