Şrift:
Ümiddə Cavad Heyət anıldı
05.09.2014 [11:51] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Sentyabrın 4-də Ümid Partiyasının qərargahında Güney Azərbaycanda milli şüurun yaşamasında müstəsna rolu olmuş, “Varlıq” dərgisinin təsisçisi, tanınmış cərrah və türkoloq Doktor Cavad Heyətin anım mərasimi keçirilib. “Varlığımızın Cavad Heyəti” adlanan bu tədbirdə Ümid partiyasının sədr müavini Rüfət Muradlının giriş nitqindən sonra məruzəşilər araşdırmaçı-alim Yasəmən Qaraqoyunlu, Millli Mədəniyyətin Təbliği İB-nin sədri Jalə Cəfərova və Cavad Heyət irsinin araşrıcısı Pərvanə Məmmədli Doktor Heyətin fəlsəfi, siyasi, elmi dünyası, habelə onun mənəvi cəhətləri haqda dolğun fikirlər səsləndiriblər. Məruzələrdən sonra çıxış edənlər professor Çərkəz Cəfərov, Borçalı cəmiyyətinin sədri Zəlimxan Məmmədli, ADP-nın sədri Sərdar Cəlaloğlu, 125-lər Siyasi Klubunun sədri İlhamiyyə Rza, tarix elmləri doktoru Səməd Bayramzadə, DAK təmsilşisi Babək Muğanlı, Orta Şərq araşdırmaları mərkəzinin direktoru Sədrəddin Soltan, MDHP-nın sədr müavini Həbib Ələkbərsoy, filologiya elmləri doktoru Esmira Şükürova, şairə Təranə Sübhəm və başqaları Doktor Cavad Heyətin Güneydə milli varlığımızın yaşaması ilə bağlı, habelə bir cərrah və alim kimi fəaliyyətlərilə bağlı düşüncələrini paylaşıblar.
Ümiddə Cavad Heyət anıldı

Ümiddə Cavad Heyət anıldı

Ümiddə Cavad Heyət anıldı
Bu xəbər oxucular tərəfindən 1109 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed