Şrift:
Xırdalanda binada partlayış baş verib, xəsarət alanlar var
08.09.2014 [10:36] - Gündəm, Hadisə
Xırdalanda binada partlayış baş verib, iki nəfərin xilas edilməsi işləri davam etdirilir.
Fövqəladə Hallar Nazirliyi xəbər verir ki, nazirliyin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Abşeron rayonu, Xırdalan şəhərində tikintisi başa çatmamış beşmərtəbəli yaşayış binasında partlayış hadisəsi baş verib.
Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.
Hazırda xilasedicilər tərəfindən 3 nəfər xilas edilib, 2 nəfərin xilasedilməsi istiqamətində işlər davam etdirilir.
Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından (BŞTTTYS) Trend-ə bildiriblər ki, stansiyanın həkim briqadası tərəfindən hadisə zamanı xəsarət almış 2 nəfərə ilkin tibbi yardım göstərilərək xəstəxanaya aparılıb.

Bundan əlavə, Xırdalan şəhər Təcili Yardım Stansiyasının əməkdaşları tərəfindən daha 5 nəfərə ilkin tibbi yardım göstərildiyi bildirilib.
Bu xəbər oxucular tərəfindən 1280 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed